Haqqımızda - Layf

Haqqımızda

HƏYAT - ``SAĞLAM HƏYAT``

Həyat gözəldir! Sağlam həyat, həyatı tam anlami ilə yaşamağ üçün imkan verir və ailəyə həmçinin cəmiətə faydalı vətəndaş olmağa dəstək verir.
«Sağlam həyat» layihəsi – Layihə, müxtəlif klinikalarda peşəkar həkimlər tərəfindən aztəminatlı ailələrə tibbi məsləhətlərin verilməsi, müayyinə xidmətlərinin göstərilməsi və şəfa tapmaları üçün dəstəyi özündə ehtiva edir.

ÜMUMİ DƏSTƏK - ``DƏIRMAN``

“Dəyirman” layihəsi – Xeyirxah insanların ehtiyac sahiblərinə qarşılıqsız olaraq bağışladığı dərmanların, kitabların, dəftərxana ləvazimatlarının, məişət avadanlıqlarının, geyim və uşaq oyuncaqlarının və s. toplanılması və çatdırılmasının təşkil edilməsi üçün həyata keçirilir.

TƏHSİL - ``MƏN BİLMƏK İSTƏYİRƏM``

Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olmuşdur. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir.
«Təhsilə dəstək» layihəsi – Layihənin keçirilməsində məqsəd, aztəminatlı və istedadlı gənclərin təhsil almaları üçün onlara məsləhət və təqaüdlərin verilməsidir.

QİDA - MÜXTƏLİF AKSİYALAR

Bayram ərəfələrində, qocalar evlərində olan insanlara, uşaq evlərində alideyn himayəsindən məhrum olmuş uşaqlara və həmçinin aztəminatlı ailələrə dəstək olmaq məqsədi ilə, qurbanlar kəsərək, su və müxtəlif qida məhsulları alaraq, onların təmənasız şəkildə paylanılması təşkil olunur.

Azərbaycanda Xeyriyyəçilik tarixinin kökləri uzaq keçmişdən başlanır. İslam qəbul edildikdən sonra mərhəmət nümayiş etdirmək, şəfa vermək, yaxınlarına yardım göstərmək Azərbaycan cəmiyyətinin tərkib hissəsinə çevrilir.
Şəfa vermək və ehtiyacı olanlara yardım göstərmək arzusu, demək olar ki, hər kəsə məxsusdur. Bəzi insanlar üçün bu impuls, onu əhatə edən dar bir dairə ilə məhdudlaşır ( qohumlar, qonşular, dostlar, yaxın tanışlar), digər insanlar üçün tanış olan insanların dairəsindən daha geniş sərhədləri var. İkincilər daha azdır və bu bir sıra faktorlar ilə izah olunur:

  • Maddi imkanlar
  • Xeyriyyəçiliknən məşğul olanlar üçün dövlət tərəfindən verilən güzəştlər
  • Cəmiyyətd tərəfindən nümayiş olunan diqqət , etibarlılıq və inam

 

Demək olar ki, Xeyriyyəçilik Azərbaycan xalqının milli dəyərlərindən və gözəl ənənələrindən biridir.
Ehtiyacları çox məhdud olan insanlara yardım etməklə hər kəs zövq alıb, öz həyatını daha mənalı edə bilər.

Bu gün müasir azərbaycanlılar dünya miqyaslı müxtəlif layihələrdə ölkəkimizinn bayrağını yüksəltməyə çalışmaqla yanaşı, ənənələrə sadiq qalaraq ildə bir dəfə qurban kəsrlər, zəkat verirlər, küçədə sədəqə istəyənlərə əllərini uzadırlar , bayram qabağı fitrə çıxarırlar, aktuallığını itirən pal-paltar və oyuncaqları sığınacaq, körpə və uşaq evlərinə ötürürlər.

Beləliklə, 1 Oktyabr 2014-cü ildə “LAYF” Xeyriyyə İctimai Birliyi “Yaşatmaq gözəldir” şuarı ilə təsis olunur. İlk 4 il ərzində “LAYF” Xeyriyyə İctimai Birliyi talassemiyalı uşaqlara və vətəndaşlara həmçinin irsi olaraq qan çatışmamazlığı olan xəstəliklırdən əziyyət çəkən vətəndaşlara dəstək gostərirdi. Hal-hazırda LAYF” Xeyriyyə İctimai Birliyinin fəaliyəti daha çox tibb, təhsil və zəruri olan digər sahəsində ehtiyac sahiblərinə dəstək göstərilməsinə yönləndirilmişdir.

Birliyin əsas məqsədi, tibb, təhsil və zəruri olan digər sahəsində ehtiyac sahiblərinə dəstək olmaqdır. Birliyin əsas fəaliyyət istiqamətləri:

  • Tibb, təhsil, maddi və digər sahələrdə ehtiyac sahiblərinə dəstək verilməsi;
  • Şirkətlərdə Korparativ Sosial Məsuliyyət layihələrinin genişlədilməsinə dəstək verilməsi;
  • Xeyriyyəçilərlə ehtiyac sahibləri arasında əlaqənin yaradılması;

 

LAYİHƏLƏR

Bu günə qədər “LAYF” Xeyriyyə İctimai Birliyi tibb, təhsil və diqər sahəsində bir çox uğurlu layihələr həyata keçirmişdir, və hələdə keçirməkdədir :

  • Talasemiya xəstələrinə dəstək olmaq üçün, bir çox tanınmış şirkətlərin rəhbərliklərinin dəstəyi ilə dəfələrlə Bakı və Sumqayıt şəhərlərində QAN aksiyaları keçirilmişdir
  • Ehtiyacı olan ailələrin uşağlarına sünnət aksıyaları keçirilmişdir
  • Uşaq evlərinə dəstək olunmuşdur
  • Ağır xəstəliklərdən əziyyət çəkən və ehtiyaci olanlara təmənasız dərman dəstəyi olunmuşdur
  • Üşaqlar üçün, onların çəkdikləri şəkillərin sərgisi təşkil edilmişdir
  • Uşaq evlərində olan üşaqlar üçün müxtəlif kinoteatorlarda çizgi filməri nümaişi təşkil edilmişdir və sayə…

Layihələrin keçirilməsində əsas məqsəd, ehtiyac sahibi vətəndaşlarımıza maddi və mənəvi dəstək olmaq və təmənna gözlənilmədən edilən xeyriyyəçilik fəaliyyətini xalqımız arasında təbliğ etməkdir.

STRATEGİYA

“LAYF” Xeyriyyə İctimai Birliyi fəaliyyətin gələcək dinamik inkişafını və keyfiyyətini yüksəldilməsini təmin etmək , habelə, Müraciət edənləri istiqamətləndirmək və iş həcmini sistemləşdirmək məqsədi ilə “LAYF” Xeyriyyə İctimai Birliyi yuxarıda öz əsas 4 Strategiya və istiqaməti haqda məlumat təqdim etdi.

“LAYF” Xeyriyyə İctimai Birliyi bütün bu xeyriyyəçilik fəaliyyətlərini heç bir qarşılıq gözləmədən, təmənnasız və tam şəffaf şəkildə həyata keçirir. Siz də bu xeyriyyəçilik prosesinə qoşularaq ehtiyac sahibi vətəndaşlarımıza istər sağlamlıq, istər təhsil, istərsə də maddi dəstək olmaq istəyirsinizsə doğru ünvandasınız.

Unutmayın ki, Qarşılıqsız olaraq verdiyinizi qarşılıqsız olaraq verəcəyik!


Hörmətlə, “LAYF” Xeyriyyə İctimai Birliyinin kollektivi

KOMANDAMIZ

Mustafa Abbasbəyli

Birliyin Himayəçilər Şurasının sədri

Aysel Qədirova

Birliyin sədr müavini

Əfqan Xəlilov

Texniki Direktor

Jalə Əsqərova

Zəng Mərkəzi

LAYOUT

SAMPLE COLOR

Please read our documentation file to know how to change colors as you want

BACKGROUND COLOR

BACKGROUND TEXTURE