Acınacaqlı evin təmiri

69%
  • Hədəf 8000 AZN
  • Yığılıb 5586 AZN
Başlama Tarixi : 2019-11-10

Kompaniyanın təsviri

Öncə qısaca ailə haqqında məlumat vermək istərdik. 36 yaşlı ana xəstədir, əlindəki vətərlər kəsilmişdir, 3 barmağı buna görə işləmir, lakin çox utancaq və müsbət xarakterli bir insandır! 4 övladı var! 3 oğlan və bir qız, bütün uşaqlar kiçik yaşdadır… Ailənin atası artıq təxminən 2 ildir ki, vərəm dispanserində yatır və üstəlik Hepatit C yə yoluxmuşdur. Ərinin qohumları, xəstəlik səbəbiylə onların başqa bir ev axtarmağını tələb etmişlər, məcburi olaraq ailə həyat yoldaşının köhnə ata evinə köçmüşdür. Bu evə “Ev” sözü deməyə insanın dili belə dönmür… Ev- yarım otaqdan ibarətdir, çox bərbad vəziyyətdədir, döşəmə – beton, pəncərələrinin yerinə plyonka, dam çürük diktdəndir və yuxarıdan sınıq şifer örtülüb, yağışdan sonra daşqın olması adi haldır… Yataq otağında bir komforlu sobada nahar hazırlayırlar, o həm evi isidir, həm otağı işıqlandırır, çünki işıq çoxdan ödənilmədiyi üçün kəsilmişdir… Evdə təmir çox güman ki, heç vaxt edilməmişdir, hər yer nəm və rütubətdir, uşaqlar xəstədirlər, ana özü xəstədir…
İndi soyuqlara qədər yaşamaq üçün ən azı bir şərait yaradılmalıdır. Biz pul yığmırıq. Tikinti materiallarında, evin abadlaşdırılmasında və uşaqlara tibbi yardım göstərməkdə bizə kömək lazımdır. Əgər bizə kömək edə bilsəniz, təmir materiallarının bir hissəsini ala bilsəniz, sizin və uşaqlarınızın qarşısına ikiqat geri dönəcəyini bilin. 🙏🙏