Köməyinizə ehtiyacım var

50%
  • Hədəf 40000 AZN
  • Yığılıb 20000 AZN
  • Müddət 48 Gün qalıb
Başlama Tarixi : 2019-01-01

Kompaniyanın təsviri

Mənim adım Ülviyyədir. 42 yaşım var. Mingəçevir şəhərində anadan olmuşam. 3 yaşımda bədənimin bir hissəsinin inkişafında gecikmə başladı. Artıq 10 yaşımda həkimlər mənə ən yüksək 4-cü dərəcəli S-vari skolioz (onurğa sütünunun əyilməsi) diaqnozu qoydular. Hazırda, belimdəki endokorrektor öz funksiyasını tamamilə itirib, əlavə olaraq həm fiziki, həm də mənəvi olaraq mənə böyük çətinliklər yaradır. Belə ki, günümün əksər hissəsini uzanıqlı vəziyyətdə keçirməli oluram. Dövlər Təhlükəsiszlik Xidmətinin xəstəxanasında fəaliyyət göstərən tanınmış həkim-vertebroloq Yusif Zeynalovun qəbulunda oldum. Əsaslı müayinələrdən sonra, O, mütləq şəkildə yeni əməliyyata gərək olduğunu vurğuladı. Əks halda, həmişəlik normal həyat tərzimi itirəcəyimi qeyd etdi. Təəssüf ki, yeni əməliyyatın olunması üçün böyük məbləğdə vəsit lazımdır.  Odur ki, son ümidim Sizin kimi insanlaradır. Sizə səslənirəm, yardım əlinizi uzatmağa çağırıram, çox xahiş edirəm mənə kömək edin, normal həyata qayıtmaq üçün dəstək olun.